Ermənistan Təhlükəsizlik Şurasının katibi Ceyk Sallivanla görüşüb

Tarix: 16.06.2024 17:56

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Görüş zamanı Ermənistan-Amerika təhlükəsizlik əməkdaşlığının aspektləri, həmçinin Ermənistanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsində ABŞ-ın dəstəyi müzakirə edilib.

Xəbər Lenti