Qrossi: KXDR ilə nüvə təhlükəsizliyi sahəsində əməkdaşlığın bərpası zəruridir

Tarix: 17.06.2024 02:49

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) KXDR ilə əməkdaşlığın bərpasını zəruri hesab edir.

APA xəbər verir ki, bunu AEBA -nın rəhbəri Rafael Qrossi “İzvestiya”ya müsahibəsində bildirib.

“Hesab edirəm ki, KXDR ilə əməkdaşlığı bərpa etməliyik. Tarixi yenidən yazmaq mümkün deyil. Ümid edirəm ki, biz KXDR ilə əlaqələri bərpa edə bilərik - məsələn, nüvə təhlükəsizliyi sahəsində”, - Qrossi vurğulayıb.

Xəbər Lenti