Çərşənbə axşamı, 2 Dekabr, 2025
Tarix: 17.06.2024 13:45
“Avropa İttifaqı ona üzv olan dövlətlər üçün təhlükədir”.
APA-nın “El Periódico” qəzetinin saytına istinadən xəbərinə görə, bunu Fransa parlamentinin “Milli Birlik” fraksiyasının lideri Marin Le Pen deyib:
“Avropa İttifaqı Avropa demək deyil. Bu, sadəcə olaraq bir neçə onillik boyunca həm ölkələrimizə, həm də iqtisadiyyatımıza daha az fayda verdiyi sübuta yetirilən kontinental əməkdaşlıq formasıdır”.
O həmçinin sözü gedən qurumda islahatların aparılmasını, eləcə də üzv dövlətlərə daha çox səlahiyyətin verilməsini təklif edib.