Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 17 Jun 2024 15:57
Çexiyada yerləşən “Libava” hərbi poliqonundakı silah anbarında partlayış baş verib.
APA-nın “Novinky” xəbər portalına istinadən məlumatına görə, səhər saatlarında baş verən hadisə güclü yanğınla müşahidə olunub. Nəticədə 9 nəfər xəsarət alıb. Onlardan birinə hadisə yerində ilkin tibbi yardım göstərilib, digərləri isə helikopterlərlə xəstəxanaya çatdırılıb.
O da qeyd olunub ki, hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.