KİV: ABŞ hipersəs silahlarını 2025-ci ildən gec olmayaraq istifadəyə verəcək

Tarix: 17.06.2024 21:14

Birləşmiş Ştatlar hipersəs silahlarının inteqrasiyası ilə bağlı problemlərə görə onları istifadəyə verməkdə çətinlik çəkir.

APA “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu səbəbdən səkkiz yeni hipersəs raketinin ilk partiyası 2025-ci maliyyə ilindən tez tədarük edilməyə bilər.

Qeyd olunur ki, yeni maliyyə ili oktyabrın 1-də başlayacaq, lakin hipersəs silahları hələ lazımi sınaqlardan keçməyib.

“Raket sınağı və istehsalı üzrə cari planlara əsasən, ABŞ ordusu ilk bütöv batareyasını yalnız 2025-ci maliyyə ilində əldə edə biləcək”, - agentlik Pentaqonun hesabatına istinadən qeyd edib.

Xəbər Lenti