İspaniya gələn il də İsrailə görə “Eurovision”da iştirak etmək istəmir

İspaniya gələn il də İsrailə görə “Eurovision”da iştirak etmək istəmir

Tarix: 23 Sep 2026 06:48

İspaniya növbəti dəfə də İsrailin müsabiqədə iştirakına etiraz olaraq 2027-ci ildə keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində iştirak etməmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə İspaniyanın dövlət televiziyası RTVE məlumat yayıb.

Məlumata görə, RTVE-nin prezidenti Xose Pablo Lopes Senatda çıxışı zamanı İspaniyanın 2027-ci ildə Bolqarıstanın Burqas şəhərində keçiriləcək müsabiqəyə qatılmaması ilə bağlı idarə heyətinə təklif təqdim edəcəyini bildirib.

Lopes bildirib ki, heç kim bu humanitar faciəni pisləmədən Fələstin xalqının çəkdiyi əzablara şahid ola bilməz.

Onun sözlərinə görə, İspaniya ötən il digər ölkələrlə birlikdə Avropa Yayım Birliyində islahatların aparılması, daha sərt idarəetmə qaydalarının tətbiqi, müsabiqənin siyasi məqsədlərlə istifadəsinə görə sanksiyaların müəyyənləşdirilməsi və müsabiqənin neytrallığının təmin edilməsi üçün təşəbbüslər göstərib.

İdarə heyəti təklifi təsdiqləsə, İspaniya İsrailin iştirakına və Qəzzadakı münaqişəyə etiraz olaraq 2027-ci il müsabiqəsinə nümayəndə göndərməyəcək.

Qeyd edək ki, İspaniya ilə yanaşı Niderland, İslandiya, İrlandiya və Sloveniya da İsrailin iştirakına etiraz olaraq 2026-cı il “Eurovision”unda iştirak etməyib.

2027-ci il “Eurovision” müsabiqəsi mayın 15-də Bolqarıstanın Burqas şəhərində keçiriləcək.

İspaniya israil Eurovision

Mənbə: apa.az

Xəbər Lenti