Çərşənbə axşamı, 2 Dekabr, 2025
Tarix: 17.06.2024 23:36
Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya işgüzar səfəri çərçivəsində iyunun 17-də Ermənistan Müdafiə Nazirliyi ilə Fransanın “KNDS” hərbi-sənaye şirkəti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.
APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Digər hərbi-texniki vasitələrlə yanaşı, "KNDS" şirkəti Ukraynaya da göndərilən "Caesar" özüyeriyən haubitsalar istehsal edir.