Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 23 Sep 2026 12:32
Bu il fevralın 28-dən bəri Avropanın hərbi bazalarından ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına dəstək olaraq 5000 təyyarə havaya qalxıb.
APA xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.
O, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının Avropanın dəstəyi olmadan mümkün olub-olmadığının müzakirəyə açıq olduğunu vurğulayıb.
Buna baxmayaraq, Rutte Avropanın öz “arxa həyətini” qoruya bilmədiyini, hazırda ABŞ-a ehtiyac duyduğunu, lakin gələcəkdə bunu bacaracağını bildirib.
Toğrul Quluzadə Mark Rutte NATO Avropa İranMənbə: apa.az