Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 23 Sep 2026 11:50
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov tərəfindən sentyabr ayında həyata keçiriləcək vətəndaş qəbulunun tarixi dəyişdirilib.
ADSEA-dan "APA-Economics"ə bildirilib ki, Zaur Mikayılovun 25 sentyabr tarixində Samux rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi 29 sentyabr tarixinə dəyişdirilib.
Qeyd edək ki, vətəndaş görüşü Samux rayonunda Samux rayonu və Gəncə şəhərinin sakinləri üçün nəzərdə tutulub.
APA-Economics Azərbaycan Dövlət Su Ehtiyatları Agnetliyi sədr Zaur MikayılovMənbə: apa.az