Hindistanda iki qatar toqquşub, çox sayda ölən və xəsarət alan var - FOTO

Tarix: 18.06.2024 05:47

Hindistanın Qərbi Benqal əyalətində yük qatarı sərnişin daşıyan qatarın sonuncu vaqonuna çırpılıb

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 15 nəfər ölüb, onlarla sərnişin yaralanıb.

Bildirilib ki, ilkin ehtimallara görə hadisə yük qatarının maşinistinin səhvindən irəli gəlib.

Xəbər Lenti