İranda xəstəxanada yanğın baş verib, 9 nəfər ölüb - YENİLƏNİB

Tarix: 18.06.2024 10:12

Rəşt şəhərindəki Qaem xəstəxanasında səhər tezdən baş verən yanğın nəticəsində indiyədək 9 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, ölənlərin sayının artacağı ehtimal olunur.

Hadisənin səbəbini müəyyənləşdirmək üçün araşdırmalar aparılır.

***

09:46

Rəştdə xəstəxanada yanğın baş verib.

APA xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Yanğın nəticəsində 9 nəfər ölüb.

Xəbər Lenti