Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir

Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir

Tarix: 24 Sep 2026 06:23

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə görüşdə İran ətrafındakı vəziyyəti müzakirə etməyi planlaşdırdığını bildirib.

APA xəbər verir ki, Tramp bunu sentyabrın 23-də jurnalistlərin Si Cinpinlə İran məsələsini müzakirə edib-etməyəcəyi barədə sualını cavablandırarkən deyib.

“Bu barədə və bir çox başqa məsələlər haqqında danışacağam”, – ABŞ Prezidenti bildirib.

Si Cinpin sentyabrın 23-də üç günlük dövlət səfəri üçün ABŞ-yə gəlib. Tramp Çin liderini Endryus hərbi aviabazasında şəxsən qarşılayıb. ABŞ-Çin danışıqlarının gündəliyində ticarət, texnologiyalar, Tayvan və İran kimi məsələlərin yer alacağı gözlənilir.

Donald Tramp Si Cinpin İran ABŞ-Çin

Mənbə: apa.az

Xəbər Lenti