Cümə, 23 Yanvar, 2026
Tarix: 22 Dec 2023 12:51
UN-Habitat (BMT-nin Məskunlaşma Proqramı) işğaldan azad edilmiş ərazilərdə olan kəndlərdən ikisinin lahiyələndirilməsində mütəxəssislər ayıraraq iştirak edəcək.
"APA-Economics" xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Onun sözlərinə görə, UN-Habitat tərəfindən layihələndiriləcək kəndlərin biri dağlıq, digəri isə düzənlik ərazidə olacaq.
Anar Quliyev əlavə edib ki, UN-Habitat-ın təşəbbüsü ilə insan yönümlü ağıllı şəhərlər üzrə beynəlxalq təlimat hazırlanmasına başlanılıb və bunun üçün geniş tərkibli ekspertlər qrupu formalaşıb ki, burda Azərbaycan 2 ekspertlə təmsil olunur.