Bakı–Şamaxı yolunda avtomobil aşıb, üç nəfər xəsarət alıb

Bakı–Şamaxı yolunda avtomobil aşıb, üç nəfər xəsarət alıb

Tarix: 15 Oct 2026 22:13

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şirvan bürosunun məlumatına görə, ilkin məlumata əsasən, “Audi” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların Bakı şəhərindəki xəstəxanalardan birinə aparıldığı bildirilir.

İlham Əhmədov Bakı–Şamaxı yolu Qobustan yol-nəqliyyat hadisəsi qəza Audi xəsarət

Mənbə: apa.az

Xəbər Lenti