İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb

İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb

Tarix: 15 Oct 2026 19:40

İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərqində qadağan olunmuş ərazidə yanğın baş verən daha bir tankerin aşkarlandığını açıqlayıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, İran HDQ-nin müşahidə qrupları bir neçə saat əvvəl Hörmüz boğazının şərqində patrul və nəzarət fəaliyyəti zamanı qayda pozan tankeri müəyyən ediblər.

İran ordusunun məlumatına görə, tanker izləmə sistemlərini söndürərək, Oman dənizindəki qadağan olunmuş ərazidən keçməyə cəhd edib.

İran ordusu xatırladıb ki, ötən gün də izləmə sistemlərini söndürdüyünə görə başqa bir tankerdə yanğın baş verib.

Haşim Rahimi #İran #Hörmüzboğazı

Mənbə: apa.az

Xəbər Lenti