Kobaxidze Ermənistana səfər edib

Kobaxidze Ermənistana səfər edib

Tarix: 15 Oct 2026 17:12

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistana səfər edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyasından bildirilib.

Məlumata əsasən, hökumət başçısı Ermənistanın Baş naziri Nikol Paşinyanın dəvəti ilə 15-16 oktyabr tarixində İrəvanda keçiriləcək BMT-nin Biomüxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasında iştirak edəcək.

İrakli Kobaxidze konfrans çərçivəsində nəzərdə tutulan Liderlər Sammitində çıxış edəcək, həmçinin rəsmi açılış mərasiminə qatılacaq.

Baş naziri səfərdə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, hökumət administrasiyasının rəhbəri Levan Jorjolianinin də daxil olduğu nümayəndə heyəti müşayiət edir.

Cəmilə Babayeva

Mənbə: apa.az

Xəbər Lenti