Cümə axşamı, 15 Oktyabr, 2026
Tarix: 15 Oct 2026 16:51
"Məktəblərdə geyim qaydaları ilə bağlı qərarı dövlətin dinə qarşı siyasəti kimi təqdim etmək düzgün deyil".
Bu sözləri APA-ya açıqlamasında təhsil eksperti Cahid İmanlı deyib.
O bildirib ki, Sovet dövründən fərqli olaraq, Azərbaycanın müstəqillik qazandığı 35 il ərzində ölkədə 2 000-dən çox məscid tikilib, Qafqazın ən böyük məscidi də Azərbaycanda yerləşir.
Ekspert məktəblərdə geyim qaydaları ilə bağlı tələblərin məhz bu dövrdə gündəmə gəlməsinin səbəblərinə də aydınlıq gətirib:
“Din siyasi amilə çevrildikdə, ona qarşı siyasi yolla da cavab vermək lazım gəlir. Vaxtilə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk də dövrün ictimai-siyasi zərurətini nəzərə alaraq Şəriət və Vəqflər Nazirliyini ləğv etmişdi. Bu mənada, bu gün verilən qərar dövlətçiliyimizə yönələn açıq və gizli təhdidlərdən irəli gəlir”.
Cahid İmanlı vurğulayıb ki, mövcud vəziyyətdə həm valideynlər, həm də aidiyyəti təhsil qurumları kəskin və radikal addımlardan çəkinməlidirlər: “Mən inanmıram ki, həqiqətən dini inanclı olan hansısa valideyn məktəbə qarşı zorakılığa yol versin, müəllimləri və direktoru təhqir etsin. Bu cür hərəkətlər edənlər bilərəkdən və ya bilməyərəkdən dini öz məqsədləri üçün alətə çevirən müəyyən dairələrin maraqlarına xidmət etmiş olurlar. Cəmiyyət olaraq valideynlərə, şagirdlərə və təhsil işçilərinə dəstək göstərilməlidir. Xüsusilə hazırda şagirdlərə psixoloji dəstəyin göstərilmək olduqca lazımdır".
Mənbə: apa.az