Cümə, 27 Ferval, 2026
Tarix: 27 Feb 2026 09:39
Pakistanın Baş naziri Məhəmməd Şehbaz Şərif və Prezidenti Asif Əli Zərdari Əfqanıstan Taliban qüvvələri ilə sərhəddə gərginliyin artması fonunda ölkənin suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarını müdafiə etmək əzmini təsdiqləyən sərt bəyanatlar veriblər.
APA Pakistan mətbuatına istinadən xəbər verir ki, ölkə rəhbərliyinin açıqlamaları Pakistan–Əfqanıstan sərhədində baş verən toqquşmalar fonunda səsləndirilib.
Prezident və Baş nazir bildiriblər ki, Pakistanın istənilən təcavüzə qarşı müdafiəsi məsələsində heç bir güzəştə gedilməyəcək.
Belə ki, Pakistan qüvvələri Əfqanıstan Talibanı tərəfindən təxribat xarakterli hücumlara cavab olaraq bir neçə əks-zərbə endirib.
Pakistanın müdafiə naziri Xavaca Asif isə bildirib ki, Kabil şəhərində partlayışlar barədə məlumatların yayıldığı və sərhəd boyu döyüşlərin davam etdiyi bir vaxtda Pakistanla Əfqanıstanda Taliban hökuməti arasında artıq “açıq müharibə” gedir.
Pakistan Əfqanıstan Taliban müharibə