Danimarka kəşfiyyatı Rusiyanın yaxın aylarda hibrid hücumları gücləndirəcəyini gözləyir

Danimarka kəşfiyyatı Rusiyanın yaxın aylarda hibrid hücumları gücləndirəcəyini gözləyir

Tarix: 24 Sep 2026 13:31

Rusiya növbəti aylarda Avropaya qarşı hibrid hücumları intensivləşdirəcək.

“Reuters”in xəbərinə görə, bu barədə Danimarka hərbi kəşfiyyatı hesabat yayıb.

Bildirilib ki, yeni hücumlar Qərb ölkələrinə əvvəlki hücumlardan daha çox ziyan verəcək.

Qeyd edək ki, Avropa ölkələri Rusiyanı hərbi, kiber, media və digər sahələrdə NATO və Qərb dövlətlərinə qarşı təxribatçı hücumlar törətməkdə günahlandırır.

Toğrul Quluzadə Danimarka kəşfiyyat Rusiya hibrid hücumlar

Mənbə: apa.az

Xəbər Lenti