Simonyan: Ermənistan bir qaz kəmərindən asılı olmayacaq

Simonyan: Ermənistan bir qaz kəmərindən asılı olmayacaq

Tarix: 24 Sep 2026 13:15

Ermənistan bir qaz kəmərindən və bir tərəfin qərarından asılı olmaq niyyətində deyil.

“News-Armenia” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə deyib.

“Biz bundan sonra bir borudan, birinin şıltaqlıqdan asılı olmayacağıq”, – Simonyan bildirib.

Qeyd edək ki, “Hraparak” qəzeti Rusiyanın noyabrın 1-dən Ermənistana qaz tədarükünü tamamilə dayandıra biləcəyinə dair məlumat yayıb.

İlqar Xudiyev Simonyan Ermənistan

Mənbə: apa.az

Xəbər Lenti