İndiyədək 1300-dən çox şəxs kolleclərin boş qalan yerlərinə ixtisas seçimi üçün ərizəsini təsdiqləyib

İndiyədək 1300-dən çox şəxs kolleclərin boş qalan yerlərinə ixtisas seçimi üçün ərizəsini təsdiqləyib

Tarix: 25 Sep 2026 09:20

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir.

Bu barədə APA-ya DİM-dən məlumat verilib.

Boş qalan plan yerlərinə ixtisas seçimi 27 sentyabr saat 23:59-dək davam edəcək.

Orta ixtisas təhsili müəssisə­lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə ümumi balı 50-dən, tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahan­larından “məqbul” alan abituriyentlər buraxılırlar.

İxtisas seçimi in­ter­net vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

25 sentyabr saat 09:15-ə olan məlumata əsasən 1356 abituriyent (Azərbaycan bölməsi – 1222, rus bölməsi - 134) ərizəsini təsdiq edib.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt

Jurnalının elektron versiyasını (PDF formatda) www.abiturient.az  saytında əldə etmək olar.

Dövlət İmtahan Mərkəzi DİM imtahan

Mənbə: apa.az

Xəbər Lenti