Pakistanlı nazir: Şimal-Cənub avtomobil yolunun təxminən üç ilə tamamlanması planlaşdırılır

Pakistanlı nazir: Şimal-Cənub avtomobil yolunun təxminən üç ilə tamamlanması planlaşdırılır

Tarix: 25 Sep 2026 12:20

Pakistanın Şimal-Cənub avtomobil yolunun təxminən 70 faizi artıq inşa edilib və qalan hissənin növbəti üç il ərzində tamamlanması planlaşdırılır.

APA xəbər verir ki, bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” adlı paneldə Pakistanın federal rabitə naziri Aleem Khan deyib.

O bildirib ki, layihənin başa çatdırılması Pakistanın Ərəbistan dənizi ilə Çin arasında avtomobil yolu bağlantısını gücləndirəcək: “Bu marşrut dənizə çıxışı olmayan ərazilərlə Körfəz ölkələri arasında ən qısa bağlantılardan birini təmin edə biləcək. Nəqliyyat və logistika bağlantılarının inkişafı Pakistan iqtisadiyyatı üçün yeni imkanlar yarada bilər. Xüsusilə Qərbi Çinlə Körfəz ölkələri, eləcə də dənizə çıxışı olmayan dövlətlər arasında ticarətin genişləndirilməsi üçün potensial var”.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti