Şənbə, 24 Oktyabr, 2026
Tarix: 25 Sep 2026 16:43
Son illərdə Azərbaycanda dövlət tərəfindən həyata keçirilən investisiyaların ümumi həcmi təxminən 25 milyard ABŞ dolları təşkil edib.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində “Beynəlxalq maliyyə əməkdaşlığı: Artım üçün tərəfdaşlıqların qurulması” mövzusunda keçirilən sessiyada çıxışı zamanı maliyyə naziri Sahil Babayev bildirib.
Sahil Babayev qeyd edib ki, dövlət büdcəsinin təxminən 30%-i investisiya xərclərinin payına düşür.
Sahil Babayevin sözlərinə görə, son beş ildə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə 15 milyard ABŞ dollarından çox vəsait yatırılıb.
Sahil Babayev bildirib ki, bu vəsait regionda infrastrukturun və yaşayış fondunun yaradılmasına, eləcə də keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsinə yönəldilib.
Sahil Babayev əlavə edib ki, Azərbaycanın digər ərazilərinə də 10 milyard ABŞ dollarından çox investisiya yatırılıb.
Rahim Tarıverdiyev Qarabağ Şərqi Zəngəzur layihələr investisiya xərcləriMənbə: apa.az