Rüfət Mahmud: İçərişəhərdə səs siqnallarından istifadə mühiti pozur, bunun üzərində işləyirik

Rüfət Mahmud: İçərişəhərdə səs siqnallarından istifadə mühiti pozur, bunun üzərində işləyirik

Tarix: 25 Sep 2026 17:04

“İçərişəhərdə yaşamağın nə qədər çox üstünlüyü olsa da, müəyyən çətinlikləri də var. Onlardan biri də giriş-çıxışla bağlı qaydalardır”.

Bunu APA və “Xəzər” TV-yə müsahibəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud deyib.

O bildirib ki, bu mövzu bəlkə də ən çox müzakirə olunanlardandır: “Söhbət giriş-çıxışın tam məhdudlaşdırılmasından getmir. Dünya təcrübəsində biz görürük ki, hansı şəhərlərdə maşınların giriş-çıxışına tam qadağa qoyulursa, sakinlər və sahibkarlar üçün həyat daha da çətinləşir. Bunun üçün bizim yanaşmamız İçərişəhərə maşınların düzgün tənzimləmə əsasında daxil olmasıdır. 1 il ərzində bu istiqamətdə çox böyük işlər görülüb. İlk olaraq, İçərişəhərə giriş-çıxış tam avtomatlaşdırılıb, girişdə ikizolaqlı giriş təşkil olunub ki, bu zolaqların biri sakinləri, digəri isə qonaqlar üçün nəzərdə tutulub”.

Rüfət Mahmud qeyd edib ki, qonaqlar üçün girişin maksimum limiti müəyyənləşdirilib, ödəniş prosedurları sadələşdirilib və ilk dəfə Azərbaycanda yerində ödəniş imkanı təqdim olunub: “Eyni zamanda ərazidə parklanma yerləri işarələnib və Dövlət Yol Polisi İdarəsi ilə birgə daimi olaraq monitorinq aparılır. Tam əminliklə deyə bilərik ki, bu gün nəqliyyat sistemi tam nəzarətə götürülüb və təşkil olunub. Burada sürücülərdən də asılı olan nüanslar var. Çox ciddi sürət limiti müəyyən edilib. Həmçinin, İçərişəhərdə səs siqnallarından istifadə ümumi mühiti pozan amillərdəndir. Bunun üzərində də işləyirik. Növbəti addımlarda da bu sistemin daha da təkmilləşdirilməsi, “ağıllı kamera”ların quraşdırılması və bunun köməyi ilə ümumi hərəkətin daha təkmil şəkildə idarə olunmasını hədəfləyirik”.

Qeyd edək ki, müsahibə bu gün saat 20:00-da APA İnformasiya Agentliyində və “Xəzər” televiziya kanalında yayımlanacaq.

Firuzə Vahid İçərişəhər Bakı İçərişəhər İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu Rüfət Mahmud APA Bakı tarixi Azərbaycan tarixi Qız qalası Şirvanşahlar sarayı UNESCO Azərbaycan UNESCO World Heritage Bakı turizmi Azərbaycan turizmi Bakı şəhəri Bakı xəbərləri Azərbaycan xəbərləri tarixi abidələr mədəni irs milli irs qədim Bakı Bakı 1919 smart city ağıllı şəhər rəqəmsal şəhər turizm inkişafı Azərbaycan mədəniyyəti Bakı memarlığı tarixi şəhərlər CEO müsahibəsi idarəetmə şəhər idarəçiliyi sosial layihələr

Mənbə: apa.az

Xəbər Lenti