İçərişəhərdə dövlətə məxsus kommersiya sahələrinin hansı prinsiplərlə icarəyə verildiyi açıqlanıb

İçərişəhərdə dövlətə məxsus kommersiya sahələrinin hansı prinsiplərlə icarəyə verildiyi açıqlanıb

Tarix: 25 Sep 2026 21:30

“İçərişəhərdə əmlakların hamısı dövlətin balansında deyil, əksinə əksəriyyəti özəl mülkdür”.

Bunu APA-ya və “Xəzər” TV-yə müsahibəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud deyib.

“İçərişəhərin idarəetməsində olan əmlakların böyük hissəsi artıq illərdir formalaşmış obyektlərdir. Yeni hansısa yerin açılmasında, yaxud boşalmış yerlərin yeni sahibkarlara verilməsi zamanı təkliflər toplanır və ən uyğun təklif əsasında sahibkarla müqavilə imzalanır. Burada uyğun təklif dedikdə biz yalnız yüksək icarə haqqını nəzərdə tutmuruq. Məqsəd hər kvadratmetrdən maksimum gəlir deyil, İçərişəhər üçün maksimum dəyər yaratmaqdır. Bəzi boşalan sahələr kommersiya məqsədilə deyil, sənətkarlıq və sosial-mədəni layihələr üçün ayrılır. Məsələn, İçərişəhərdə bir neçə ay bundan öncə inzibati binalardan biri boşaldılmışdı və biz həmin yeri artıq sahibkarlara yox, sosial layihə olaraq, sənətkarlara verdik. Burada rəssam, xəttat, uşaq inkişaf mərkəzi yerləşir. Şərtlərimiz də elə oldu ki, həmin məkanı istifadə edib, əvəzində İçərişəhərdə sosial layihələrin keçirilməsini öz öhdəliklərinə götürürlər. Bu kimi yanaşmalarımız var”, – Rüfət Mahmud qeyd edib.

O bildirib ki, standart icarə müqaviləsi 11 aylıqdır: “Əgər sahibkar həmin obyektə əlavə investisiya yatırarsa, o vəsait qeydə alınıb və onun geridönüş müddəti hesablanaraq müqavilə imzalanılır. Əgər sahibkar icarə müqaviləsində göstərilmiş öhdəlikləri yerinə yetirməzsə, - icra haqqını vaxtında ödəməzsə, xidməti yaxşı səviyyədə göstərməzsə, onun haqqında narazılıqlar səsləndirilərsə, sanitar normalara riayət olunmazsa, həmin sahibkara xəbərdarlıq məqsədilə onunla növbəti müqavilə 6 aylıq imzalanır. Bu müddət ərzində həmin nöqsanlar aradan qaldırılmalıdır. Nöqsanlar 6 ay müddətinə də aradan götürülmürsə, onda həmin sahibkarla müqavilənin müddəti uzadılmır. Bu, cəza deyil, sahibkara nöqsanları aradan qaldırmaq üçün verilən müddət və məsuliyyət mexanizmidir”

Firuzə Vahid İçərişəhər Bakı İçərişəhər İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu Rüfət Mahmud APA TV APA xəbər Bakı tarixi Azərbaycan tarixi Qız qalası Şirvanşahlar sarayı UNESCO Azərbaycan UNESCO World Heritage Bakı turizmi Azərbaycan turizmi Bakı şəhəri Bakı xəbərləri Azərbaycan xəbərləri tarixi abidələr mədəni irs milli irs qədim Bakı Bakı 1919 smart city ağıllı şəhər rəqəmsal şəhər turizm inkişafı Azərbaycan mədəniyyəti Bakı memarlığı tarixi şəhərlər CEO müsahibəsi idarəetmə şəhər idarəçiliyi sosial layihələr

Mənbə: apa.az

Xəbər Lenti