Şənbə, 26 Sentyabr, 2026
Tarix: 25 Sep 2026 21:00
“İçərişəhərdə ümumi yol şəbəkəsi 7,5 kilometrdir. Bunun təxmini yarısı elə piyada yollarıdır”.
Bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud APA-ya və “Xəzər” TV-yə müsahibəsində deyib.
“Bu gün maşınlar üçün əsas istifadə olunan yollar daxili perimetr üzrə olan yollardır. Onların bağlanmaması şəhərin canlı qalması üçün mütləqdir. Amma piyadalar üçün daha çox imkanlar yaradılır, daha rahat piyada zonaları təşkil olunur. Eyni zamanda inklüziv yolların da tikintisi bizim planımızda var. Bu gün artıq Qız qalasına çatan və Neftçilər prospektindən başlayan yol inklüziv yol olaraq təşkil olunub və bunun davam etdirilməsi planlaşdırılır. Məqsəd bütün ərazini avtomobillər üçün bağlamaq deyil, sakinlərin ehtiyaclarını nəzərə alan düzgün piyadalaşdırma modelidir”, – İdarə sədri qeyd edib.
Firuzə Vahid İçərişəhər Bakı İçərişəhər İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu Rüfət Mahmud APA TV APA xəbər Bakı tarixi Azərbaycan tarixi Qız qalası Şirvanşahlar sarayı UNESCO Azərbaycan UNESCO World Heritage Bakı turizmi Azərbaycan turizmi Bakı şəhəri Bakı xəbərləri Azərbaycan xəbərləri tarixi abidələr mədəni irs milli irs qədim Bakı Bakı 1919 smart city ağıllı şəhər rəqəmsal şəhər turizm inkişafı Azərbaycan mədəniyyəti Bakı memarlığı tarixi şəhərlər CEO müsahibəsi idarəetmə şəhər idarəçiliyi sosial layihələrMənbə: apa.az