EIB-in Qafqaz rəhbəri: Azərbaycanda mədən sektoruna investisiya etməkdə maraqlıyıq

EIB-in Qafqaz rəhbəri: Azərbaycanda mədən sektoruna investisiya etməkdə maraqlıyıq

Tarix: 26 Sep 2026 10:34

Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanın mədən sektorunda, xüsusilə kritik xammal sahəsində investisiya imkanlarını araşdırmaq və bu istiqamətdə Azərbaycan tərəfi ilə müzakirələr aparmaqda maraqlıdır.

Bunu EIB Qrupunun Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Stella Renita "APA-Economics"ə müsahibəsində bildirib.

“Kritik xammal bizim maraq göstərdiyimiz istiqamətlərdən biridir. Əlbəttə, bu sahədə imkanları araşdırmaqda maraqlıyıq. Amma hazırda bununla bağlı Azərbaycan tərəfi ilə hər hansı müzakirəmiz olmayıb. Belə müzakirələrin aparılmasından məmnun olarıq”, – Stella Renita qeyd edib.

Onun sözlərinə görə, EIB-nin Azərbaycanda maraq göstərdiyi digər əsas istiqamətlər arasında bərpa olunan enerji, enerji səmərəliliyi və bağlantı layihələri də yer alır.

Rahim Tarıverdiyev Stella Renita EIB Qrupunun Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyi mədən sektoru investisiya

Mənbə: apa.az

Xəbər Lenti