Çərşənbə axşamı, 2 Dekabr, 2025
Tarix: 19.06.2024 20:14
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.
APA xəbər verir ki, nazirliyin mətbuat katibi Ani Badalyan Armenpress-ə açıqlaması zamanı nazir Mirzoyanın KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iyunun 21-də Almatıda keçiriləcək iclasında iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan fevralda İrəvanın təşkilatda iştirakının “dondurulduğunu” elan etmişdi.