Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Tarix: 27 Sep 2026 23:34

Avropa Komissiyası enerji qiymətləri ilə bağlı böhran fonunda Avropa İttifaqına üzv ölkələri qaz və elektrik enerjisi istehlakını məcburi qaydada azaltmağa çağırıb. Komissiya bu tədbirlərin zəruri olduğu müddət ərzində qüvvədə saxlanılmasını təklif edib.

Bu barədə “Politico” nəşri Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensenin Aİ ölkələrinin energetika nazirlərinə ünvanladığı məktuba istinadən məlumat yayıb.

“Qlobal təklifin məhdud olduğu və qiymətlərin yüksək dəyişkənliyi şəraitində tələbatın məcburi şəkildə azaldılması qiymətlərin cilovlanması üçün effektiv vasitə ola bilər”, – deyə avrokomissar məktubunda bildirib.

Yorgensen etiraf edib ki, Avropa Komissiyası hazırda bu tədbirlərin tətbiqi üçün konkret müddət müəyyən edə bilmir.

Onun sözlərinə görə, enerji istehlakına tətbiq ediləcək məhdudiyyətlər zəruri olduğu müddət ərzində qüvvədə saxlanılmalıdır.

Avropa İttifaqı Avropa Komissiyası enerji böhranı qaz

Mənbə: apa.az

Xəbər Lenti