Bazar ertəsi, 28 Sentyabr, 2026
Tarix: 27 Sep 2026 22:51
Polşa müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetska “Patriot” zenit-raket komplekslərinin istehsalı üçün nəzərdə tutulan zavodun Ukrayna əvəzinə Polşa ərazisində yerləşdirilməsini təklif edib.
Bu barədə RMF FM radiostansiyası məlumat yayıb.
“Biz belə bir təklif irəli sürmüşük: əgər belə bir zavodun Ukraynada tikilməsi planlaşdırılırsa, onun əvəzinə Polşada, yəni təhlükəsiz hesab olunan ərazidə yerləşdirilməsi məqsədəuyğun olardı”, – deyə nazir müavini bildirib.
Sobkovyak-Çarnetska əlavə edib ki, zavodun Polşa ərazisində yerləşdirilməsi ABŞ hakimiyyətinin Ukrayna ilə bağlı qərarından asılı deyil.
Polşa Ukrayna Patriot müdafiə sənayesi
Mənbə: apa.az