Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Tarix: 28 Sep 2026 08:17

Asiya-Sakit okean regionunun fond bazarlarında əsas indekslərdə fərqli dinamika müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, Yaponiyanın “Nikkei 225” indeksi 62,83 bənd və ya 0,09% azalaraq 66 301,37 bəndə, “TOPIX” indeksi isə 2,14 bənd və ya 0,05% geriləyərək 4 126,45 bəndə düşüb.

Honq-Konqun “Hang Seng” indeksi 161,80 bənd və ya 0,66% artaraq 24 671,89 bəndə yüksəlib. Çinin “CSI 300” indeksi isə 95,51 bənd və ya 2,15% azalaraq 4 343,63 bəndə enib.

Avstraliyanın “S&P/ASX 200” indeksi 26,99 bənd və ya 0,31% artaraq 8 692 bəndə çatıb.

Asiya bazarlarındakı fərqli dinamikanın əsas səbəbləri sırasında Çin iqtisadiyyatının perspektivləri ilə bağlı narahatlıqlar, ABŞ-da yüksək faizlərin daha uzun müddət saxlanıla biləcəyi gözləntiləri və investorların rübün sonuna yaxın mövqelərini yenidən tənzimləməsi yer alıb. Çində satışların güclənməsi “CSI 300” indeksinə ciddi təzyiq göstərib, Honq-Konq və Avstraliya bazarlarında isə ayrı-ayrı sektorlar üzrə alışlar indeksləri dəstəkləyib.

Rahim Tarıverdiyev

Mənbə: apa.az

Xəbər Lenti