Bazar ertəsi, 28 Sentyabr, 2026
Tarix: 28 Sep 2026 08:10
Avropa İttifaqı (Aİ) dörd namizəd ölkənin bloka üzvlüyü ilə bağlı konkret mərhələli planların hazırlanmasına başlayıb.
Bu barədə “Politico” mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa Komissiyasının nümayəndələri Albaniya, Moldova, Ukrayna və Monteneqro üçün yol xəritələri üzərində işləyirlər.
“Politico” qeyd edib ki, bu ölkələr Aİ-yə üzvlük üçün əsas namizədlər hesab olunur, lakin onların bloka qəbulu prosesi uzanır.
Yeni planların namizəd ölkələrə ilk dəfə olaraq üzvlük danışıqlarının yekunlaşdırılması ilə bağlı konkret təminatlar və müddətlər təqdim edə biləcəyi bildirilir.
Yol xəritələrində hər bir namizəd ölkədən konkret olaraq hansı addımların tələb olunduğu müəyyənləşdiriləcək. Eyni zamanda, planlar Aİ-nin hazırkı üzvləri üçün də müəyyən öhdəliklər yaradacaq. Üzv dövlətlər sonrakı mərhələdə inteqrasiya prosesinin davam etdirilməsinə razılıq verməli olacaqlar.
Avropa İttifaqı Ukrayna Moldova genişlənmə
Mənbə: apa.az