Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 20 Jun 2024 11:55
Fransada səfərdə olan Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa prezidenti Emmanuel Makronun köməkçisi Emmanuel Bonn ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, görüş zamanı həmçinin münasibətlərin inkişafı, eləcə də ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib.