Kreml Rusiyanın Estoniyada hərbi zavodu yandırması ittihamlarını əsassız adlandırıb

Kreml Rusiyanın Estoniyada hərbi zavodu yandırması ittihamlarını əsassız adlandırıb

Tarix: 29 Sep 2026 13:35

Estoniyanın "Rusiya hərbi obyektin yandırılmasını təşkil edib" ittihamları əsassızdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onu sözlərinə görə, bu ittihamlar ciddi qəbul edilə bilməz.

Qeyd edək ki, Estoniya Rusiya xüsusi xidmət orqanlarını 15 avqust gecəsi "Milrem Robotics" hərbi zavodunda yanğın təşkil etməkdə ittiham edib. İstintaq çərçivəsində yanğını törətmiş üç Latviya vətəndaşı saxlanılıb. Estoniya rəsmiləri yanğının təxribat aktı və Rusiyanın Avropadakı Qərb ölkələrini qorxutmaq və Ukraynaya dəstəyini zəiflətmək məqsədi daşıyan kampaniyasının bir hissəsi olduğunu bildiriblər.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti