Çərşənbə axşamı, 30 Dekabr, 2025
Tarix: 30 Dec 2025 04:19
Hacıqabulda minik avtomobilinin aşması nəticəsində xəsarət alan 3 nəfərdən biri dünyasını dəyişib.
APA-nın Mİl-Muğan bürosunun məlumatına görə, 2009-cu il təvəllüdlü Bayramlı Nihad Taleh oğlu müalicə aldığı Şirvan şəhər xəstəxanasında dünyasını dəyişib.
***
20:20
Hacıqabulda minik avtomobilinin aşması nəticəsində 3 nəfər xəsarət alıb.
APA-nın Mİl-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.
Belə ki, “Chevrolet” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə 3 nəfər xəsarət alıb.
Onlardan Bakı sakini, 2003-cü il təvəllüdlü Səfərov Murad Əkbər oğlu və Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 2009-cu il təvəllüdlü Bayramlı Nihad Taleh oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Sonuncu əməliyyata götürülüb. Daha bir nəfər ambulator yardım alıb.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı