Moskva məhkəməsi bloger Yuri Dudu terrorçuluğa çağırış etmək ittihamı ilə qiyabi həbs edib

Moskva məhkəməsi bloger Yuri Dudu terrorçuluğa çağırış etmək ittihamı ilə qiyabi həbs edib

Tarix: 29 Sep 2026 15:02

Moskva məhkəməsi bloger Yuri Dudu terrorçuluğa çağırış etmək ittihamı ilə qiyabi olaraq həbs edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya hakimiyyəti Yuri Dudun əmlakını dövlətin xeyrinə müsadirə etməyi də planlaşdırır.

SHOT-un təhlükəsizlik rəsmilərinə istinadən verdiyi məlumata görə, sözügedən əmlak Moskvada bir mənzil və Moskva vilayətində bir evdir.

Qeyd edək ki, Dud Rusiya Federasiyasının xarici agentlər, terrorçular və ekstremistlər reyestrinə daxil edilib.

Fərid Əkbərov Rusiya məhkəmə Yuri Dud

Mənbə: apa.az

Xəbər Lenti