Çərşənbə axşamı, 2 Dekabr, 2025
Tarix: 20.06.2024 23:33
Hindistanın cənubunda yerləşən Tamilnad ştatında qaçaqmalçılıq yolu ilə gətirilən spirtli içkidən azı 34 nəfər ölüb.
APA xəəbr verir ki, bu barədə “News minute” portalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Zəhərlənmə nəticəsində 80 nəfərdən çox şəxs xəstəxanaya yerləşdirilib, rəsmilər ölənlərin sayının arta biləcəyini bildiriblər.
İndiyədək iki nəfər həbs edilib, genişmiqyaslı araşdırma aparılır.