Meksikada isti hava şəraitindən 155 nəfər ölüb

Tarix: 21.06.2024 03:40

Mart ayından bəri Meksikada havanın yüksək temperaturundan ölənlərin sayı 155-ə çatıb.

APA xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyinin dərc etdiyi ekstremal temperaturlara nəzarət üzrə həftəlik hesabatda deyilir.

“Cari isti mövsümdə (martın 17-dən oktyabrın 5-dək) ​​ölkə üzrə yüksək temperaturla bağlı 155 ölüm halı qeydə alınıb”, - məlmatda deyilir.

Xəbər Lenti