Cümə axşamı, 30 İyul, 2026
Tarix: 21 Jun 2024 06:48
Türkiyənin Çınar-Mazıdağı rayonları arasında güclü küləş yanğını baş verib.
APA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 10-u ağır olmaqla 44 nəfər yaralanıb.
Yanğının qarşısını almaq üçün əraziyə müvafiq qurumların bölmələri cəlb edilib.



Mənbə: apa.az