Şənbə, 24 Oktyabr, 2026
Tarix: 30 Sep 2026 11:35
Bakı şəhərinin Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən içməli su xəttində qəza baş verib.
Bu barədə "APA-Economics"ə İri Şəhərlərin Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, məsələ ilə bağlı məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb olunub. Su axıntısının qarşısı alınıb və hazırda xəttin təmiri və bərpası istiqamətində müvafiq işlər görülür.
İlahə Səlimova su xətti qəza Yasamal Bakı

Mənbə: apa.az