Cümə, 16 Oktyabr, 2026
Tarix: 30 Sep 2026 16:54
Türkmənistanda Müstəqil Dövlətlər Birliyi (MDB) xarici işlər nazirləri Şurasının iclası keçiriləcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Aşqabadda MDB XİN başçıları Şurasının iclası oktyabrın 7-də baş tutacaq.
Zaxarova Rusiya XİN başçısı Sergey Lavrovun iclasda iştirak edəcəyini söyləyib.
Fərid Əkbərov MDB XİN iclas Zaxarova LavrovMənbə: apa.az