Çərşənbə axşamı, 2 Dekabr, 2025
Tarix: 23.06.2024 03:58
Polşada qasırğa iki döyüş helikopterini zədələyib.
APA xəbər verir ki, bu barədə “RMF” məlumat yayıb.
“Səhər saatlarında Lodzdan keçən qasırğa Böyük Leznitsada 1-ci Aviasiya Diviziyasının damını qoparıb. Anqarda olan iki helikopter zədələnib”, - məlumatda deyilir.
Döyüş maşınlarına dəyəb ziyanın həcmi açıqlanmır.
Hadisə nəticəsində xəsarət alan və ya ölən olmayıb.