Türkiyənin şərqində zəlzələ baş verib

Tarix: 23.06.2024 05:29

Türkiyənin Malatya vilayətində 4,0 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ 10,96 km dərinlikdə baş verib. Hadisə ilə bağlı tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Xəbər Lenti