Çərşənbə axşamı, 2 Dekabr, 2025
Tarix: 23.06.2024 19:41
Fırtına və leysan yağışların yol açdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində Mərkəzi Amerika ölkələrində ən azı 30 nəfər ölüb, minlərlə insan evlərini tərk edib.
APA-nın xəbərinə görə, El-Salvador hakimiyyəti 6-sı uşaq olmaqla, 19 nəfərin öldüyünü açıqlayıb.
Qvatemala hökuməti cümə günü 10 nəfərin öldüyü, 11 minə yaxın insanın təxliyə edildiyi, 380-ə yaxın insanın hələ də müvəqqəti sığınacaqlarda olduğu, 300 nəfərin ağır yaralandığı barədə məlumat yayıb. Hondurasda isə 1 nəfər ölüb, 1200-dən çox insan evakuasiya edilib.