Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 25 Jun 2024 14:59
Macarıstan Baş naziri Viktor Orban Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.
APA xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin Ofisi məlumat yayıb.
Bildirilib ki, görüş iyunun 26-da baş tutacaq.
Liderlər iyulun 1-dən başlayaraq Macarıstanın qarşıdan gələn altı aylıq Aİ Şurasına sədrliyinin məqsədlərini müzakirə edəcəklər.