Çərşənbə axşamı, 2 Dekabr, 2025
Tarix: 26.06.2024 14:14
Niderlandın Baş naziri Mark Ruttenin NATO-nun Baş katibi postuna seçilməsi çətin ki, alyansın Rusiyaya qarşı düşmənçilik xəttini dəyişsin.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Çətin ki, bu seçim NATO-nun və Atlantik Alyansının üzvlərinin ümumi xəttində nəyisə dəyişsin. Alyans, Rusiya Federasiyasının strateji sıxışdırılması məqsədi güdür. Hazırda bu, bizim üçün düşmən ittifaqıdır”, - deyə Kremlin sözçüsü vurğulayıb.