Çərşənbə axşamı, 2 Dekabr, 2025
Tarix: 26.06.2024 13:56
Rusiya Federasiyası Beynəlxalq Cinayət Məhkəməsinin Sergey Şoyqu və Valeri Gerasimov haqqında həbs orderlərini tanımır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinin Şoyqu və Gerasimov haqqında həbs orderi çıxarması haqqında qərarını absurd hesab etdiyini söyləyib.