Cümə axşamı, 30 İyul, 2026
Tarix: 26 Jun 2024 16:44
Paris İrəvandan öz fürsətcil məqsədlərinə çatmaq üçün istifadə edir.
APA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
O qeyd edib ki, hər yerdə olmaq və heç bir məsuliyyət daşımamaq Fransanın siyasətinə xas xüsusiyyətdir: “Cənubi Qafqazdakı münaqişə kontekstində isə Fransa tərəfinin onu həll etmək üçün milyonlarla imkanları var idi, məsələn, Minsk razılaşmaları.
Bu yalnız görüntü idi. Əsl təzahürlər başqa yerlərdə idi - anti-Rusiya yolunda Kiyev rejiminə qeyd-şərtsiz dəstək. Əslində isə Paris heç bir sülh müqavilələrində maraqlı olmayıb”.
Mənbə: apa.az