Bazar ertəsi, 12 Oktyabr, 2026
Tarix: 12 Oct 2026 08:28
Zaqatalada yeniyetmə qız dəm qazından boğularaq həyatını itirib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Zaqatala şəhərində qeydə alınıb.
Belə ki, şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov Zaqatala dəm qazı zəhərlənmə yeniyetmə ölüm
Mənbə: apa.az