Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb

Tarix: 12 Oct 2026 10:03

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (05.10.2026-11.10.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 327 piyada əleyhinə mina, 34 tank əleyhinə mina, 624 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1239,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

mina PHS ANAMA

Mənbə: apa.az

Xəbər Lenti